Ukrayna
Yumurtaları su və 0,5 çay qaşığı duzla çalın, unu əlavə edin və əllərə yapışmayan yumşaq, hamar xəmir yoğurun. Üstünü örtün və 20 dəqiqə dincə qoyun.
Xəmiri un səpilmiş səthdə 1 sm qalınlığında yayın və 2-3 sm-lik kvadratlara kəsin və ya xəmiri qaytan şəklində yuvarlayıb ondan tikələr qoparın.
3 l suyu 1 xörək qaşığı duzla qaynadın və haluşkaları iki hissədə, bir dəfə qarışdıraraq, üzə çıxdıqdan sonra 5-7 dəqiqə bişirin.
Bu vaxt salonu quru tavada orta odda cızdaqlar qızılı rəng alana qədər 6-8 dəqiqə qızardın.
Soğanı cızdaqların üzərinə əlavə edin və qızılı rəng alana qədər 8-10 dəqiqə qovurun, sonra qara istiotla ədviyyələyin.
Haluşkaları kəfgirlə sudan çıxarın, tavada soğan, cızdaq və piylə birlikdə qarışdırın və 2 dəqiqə qızdırın.
Xama və şüyüdlə isti-isti süfrəyə verin.